“Fənərbağça” Avroliqada ardıcıl altıncı qələbəsini qazanıb

Xəbərlər
13 Dekabr 2025 01:25
37
“Fənərbağça” Avroliqada ardıcıl altıncı qələbəsini qazanıb

Avroliqanın basketbol üzrə müntəzəm mövsümünün 15-ci turunun oyunu Monakoda eyni adlı yerli klubla Türkiyənin “Fənərbağça”sı arasında baş tutub.

İdman.Biz xəbər verir ki, oyun qonaqların 92-86 hesablı qələbəsi ilə başa çatıb.

Teylen Horton-Taker 24 xal və dörd ribaundla qalib komandaya liderlik edib. Kem Berç öz hesabına 15 xal və yeddi ribaund əlavə edib.

“Monako”da Mayk Ceyms 18 xal, üç ribaund və üç məhsuldar ötürməyə imza atıb. Alfa Diallo da 18 xal və iki ribaundla yadda qalıb.

“Monako”nun basketbol komandası son dörd Avroliqa oyununda ilk məğlubiyyətini alıb. “Fənərbağça” isə ardıcıl olaraq altıncı qələbəsini qazanıb.

İdman.Biz