“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - YENİLƏNİB

9 Dekabr 2025 22:08
186
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - YENİLƏNİB

“Sabah” basketbol komandası Çempionlar Liqasında növbəti oyununa çıxıb.

İdman.Biz-in məlumatına görə, Bakıda Çexiyanın “Nimburk” klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 105:87 hesabı ilə qalib gəlib.

Bu, komandanın cari mövsüm Çempionlar Liqasındakı ilk qələbəsidir.

“Sabah” B qrupunda 6 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 6 xalla üçüncüdür. Fransanın “Elan Şalon” kollektivi 8 xalla liderdir. Almaniyanın “Alba” (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.

10:12

Bu gün “Sabah” basketbol komandası Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Çexiyanın “Nimburk” klubu ilə qarşılaşacaq.

Görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Sabah” B qrupunda 4 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 5 xalla üçüncüdür. Fransanın “Elan Şalon” kollektivi 8 xalla liderdir. Almaniyanın “Alba” (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.

İdman.Biz
Məqalədə: