"Sabah"dan asan qələbə, "Neftçi" uduzub - FOTO - YENİLƏNİB

Xəbərlər
15 Dekabr 2023 21:23
204
"Sabah"dan asan qələbə, "Neftçi" uduzub - FOTO - YENİLƏNİB

Bu gün Azərbaycan Basketbol Liqasında VIII turun növbəti oyunları keçirilib.

İdman.biz xəbər verir ki, günün ilk matçında “Sabah” “Sumqayıt”la üz-üzə gəlib.

Çempion son pillələrdə qərarlaşan “Gənclər şəhəri” təmsilçisi ilə görüşdə aşkar favorit olduğunu sübuta yetirib. Bütün perodlarda rəqibini üstələyən "Sabah" fərqli qələbə qazanıb. Oyun meydan sahiblərini 26 xal fərqli üstünlüyü ilə bitib.

Digər qarşılaşmada isə “Xırdalan” “Neftçi”ni sınağa çəkib. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların duelində “ağ-qaralar” şanslı sayılırdı. Onlar oyuna yaxşı başlayaraq, ilk periodu qələbə ilə başa vurublar. Sonradan özünə gələn "Xırdalan" daha dəqiq atışlarla hesabda önə keçib.

Azərbaycan Basketbol Liqası
15 dekabr
VIII tur
16:30. “Sabah” – “Sumqayıt” - 105:79 (28:24, 31:16, 24:20, 22:19)

"Sərhədçi" İdman Kompleksi

19:30. “Xırdalan” – “Neftçi” - 102:80 (13:22, 33:20, 20:17, 36:21)
"Sərhədçi" İdman Kompleksi

Sabah BK

8

7

1

813:660 (+153)

15

Xəzri BK

8

7

1

712:636 (+76)

15

NTD-İNDİQO

7

6

1

633:553 (+80)

13

Neftçi İK

8

5

3

595:539 (+56)

13

Xırdalan BK

8

4

4

695:680 (+15)

12

Cəlilabad BK

7

3

4

601:611 (-10)

10

Sərhədçi PİK

8

2

6

671:747 (-76)

10

Sumqayıt BK

8

2

6

717:807 (-90)

10

Gəncə BK

7

2

5

616:678 (-62)

9

Şəki BK

7

0

7

487:629 (-142)

7

Qeyd edək ki, turun ilk matçında “Xəzri” “Sərhədçi”yə 117:100 hesabı ilə qalib gəlib. Dekabrın 16-da “Gəncə” “Şəki”ni, ertəsi gün isə NTD-İNDİQO “Cəlilabad”ı sınağa çəkəcək.

İdman.biz