Azərbaycan millisinin baş məşqçisi: “Şimali Makedoniya ilə matça tam hazırıq”

Xəbərlər
27 Noyabr 2025 14:51
30
Azərbaycan millisinin baş məşqçisi: “Şimali Makedoniya ilə matça tam hazırıq”

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində qarşılaşacağı Şimali Makedoniya ilə matça tam hazırdır.

Bunu komandanın baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis heyətdə itkilərin olmadığını vurğulayıb.

“Noyabrın 17-dən Bakıda təlim-məşq toplanışına başladıq. Şimali Makedoniyaya dünən gəlmişik. Bir məşq keçmişik. Bu gün daha bir məşqimiz olacaq. Oyuna tam heyətlə hazırıq. İtkilərimiz yoxdur”, - deyə o, “Report”a açıqlamasında deyib.

Baş məşqçi Şimali Makedoniya yığması haqqında danışıb:

“Rəqibin güclü olduğunu bilirik. Görüş çətin keçəcək. Ancaq əlimizdən gələni edəcəyik, vuruşacağıq. Uşaqların istəyi var. İnanıram ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Şimali Makedoniya - Azərbaycan görüşü bu gün Skopyedə, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

İdman.Biz