Azərbaycan Yüksək Liqası: “Ordu” və “Neftçi”dən qələbə - YENİLƏNİB

Xəbərlər
27 Noyabr 2025 20:50
400
Azərbaycan Yüksək Liqası: “Ordu” və “Neftçi”dən qələbə - YENİLƏNİB

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun iki matçı keçirilib.

İdman.Biz-in məlumatına görə, “Ordu” “Azərreyl” üzərində 3:1 hesablı qələbə qazanıb.

“Neftçi” isə “Xilasedici”dən güclü olub - 3:0.

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub.

Qeyd edək ki, tura noyabrın 28-də yekun vurulacaq.

10:44

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının IV turu çərçivəsində iki oyun keçiriləcək.

İdman.Biz xəbər verir ki, ilk qarşılaşmada “Neftçi” komandası “Xilasedici”ni qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.

Günün ikinci görüşündə isə “Ordu” və “Azərreyl” üz-üzə gələcək. Bu matça saat 18:00-da start veriləcək.

Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq.

Qeyd edək ki, tura noyabrın 28-də yekun vurulacaq.

İdman.Biz