Azərbaycan klubu heyətini amerikalı basketbolçu ilə gücləndirib

Xəbərlər
26 Noyabr 2025 12:15
19
Azərbaycan klubu heyətini amerikalı basketbolçu ilə gücləndirib

Azərbaycanın NTD basketbol komandası amerikalı basketbolçu Taurus Ramon Kokfildi transfer edib.

Klubdan İdman.Biz-ə verilən məlumata görə, müdafiəçi mövqeyində çıxış edən 29 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Basketbolçu son olaraq Almaniyanın “Koblens” klubunun şərəfini qoruyub.

İdman.Biz