Azərbaycanın basketbol millisinin seçmə mərhələ oyunları üçün yekun heyəti açıqlanıb - FOTO

Xəbərlər
25 Noyabr 2025 22:35
24
Azərbaycanın basketbol millisinin seçmə mərhələ oyunları üçün yekun heyəti açıqlanıb - FOTO

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin 2029-cu ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin iki oyunu üçün yekun heyəti açıqlanıb.

İdman.Biz bu barədə Azərbaycan Basketbol Federasiyasına istinadən məlumat verir.

Baş məşqçi Tahir Baxşıyev heyətdə Emmanuel Aqbason, Uesli Van Bek, Əkbər Məmmədov, Ulaş Turqut, Elşad Şirzadov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanlı, Şirzad Şirzadova güvənib.

Azərbaycan yığması ilk olaraq noyabrın 27-də səfərdə Şimali Makedoniya ilə üz-üzə gələcək.

İdman.Biz