Amerika Kolleci Atletika Assosiasiyası (NCAA) liqasında çıxış edən birqollu basketbolçu Hansel Enmanuel yeni mövsümə güclü formada start verib.
İdman.Biz xəbər verir ki, 22 yaşlı idmançı son matçda 7 xal, 6 ribaund, 2 blok və 2 top ələ keçirmə ilə yadda qalıb.
Bu nəticə basketbolçunun fiziki məhdudiyyətli olmasının idmanda maneə olmadığını bir daha göstərir.
Enmanuel uşaq yaşlarında məişət qəzası zamanı bir qolunu itirib, lakin çətinliklərə baxmayaraq basketbol karyerasını davam etdirib.
Bu il Milli Basketbol Assosiasiyasının (NBA) draftında (gənc basketbolçuların peşəkar liqaya keçid etdiyi illik seçim mərasimi) da iştirak edən Hansel seçilməsə də, mütəxəssislər onun hələ də yüksək səviyyəyə çatmaq şansının olduğunu bildirirlər.
Basketbolçu fiziki çatışmazlıq fonunda yüksək oyun oxunuşu, sıçrayışları və motivasiyası ilə tanınır.
