“Neftçi”nin basketbolçusu Devonte Qrin FIBA Avropa Kuboku turnirində oktyabr ayının ən qiymətli oyunçusu seçilib.
İdman.Biz xəbər verir ki, 28 yaşlı amerikalı ay ərzində hər oyunda orta hesabla 21,0 xal, 7,7 ribaund və 3,0 məhsuldar ötürmə ilə yadda qalıb.
“Neftçi” FIBA Avropa Kubokunun I qrupunda çııxş edir.
Komanda qrupda keçirdiyi matçlarda Polşanın “Kalev” kollektivinə (95:84) və Azərbaycan təmsilçisi “Abşeron Lions”a (104:86) üstün gəlib, Polşanın “Trefl” klubuna (63:92) isə məğlub olub.
