İslam Oyunları: Azərbaycanın 3x3 basketbol millisinin heyətində dəyişiklik edilib - YENİLƏNİB

Xəbərlər
4 Noyabr 2025 21:08
46
İslam Oyunları: Azərbaycanın 3x3 basketbol millisinin heyətində dəyişiklik edilib - YENİLƏNİB

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin heyətində dəyişiklik olub.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Arika Karter zədə səbəbindən yarışda iştirak edə bilməyəcək.

Karteri yarışda Tatyana Deniskina əvəzləyəcək.

Qeyd edək ki, Azərbaycan millisi Oyunlarda Kot d`İvuar, Səudiyyə Ərəbistanı və Türkiyə yığmaları ilə üz-üzə gələcək. Matçlar noyabrın 17-də və 18-də keçiriləcək.

17:51

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin VI İslam Həmrəyliyi Oyunlarındakı oyun təqvimi açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, milli noyabrın 17-də və 18-də meydançaya çıxacaq.

Qeyd edək ki, təmsilçimiz Fil Dişi Sahili, Səudiyyə Ərəbistanı və Türkiyə yığmaları ilə qarşılaşacaq.

İdman.Biz