“Naxçıvan”ın baş məşqçisi: “Görüşü rəqibə “hədiyyə” etdik”

Xəbərlər
23 Dekabr 2025 00:04
36
“Naxçıvan”ın baş məşqçisi: “Görüşü rəqibə “hədiyyə” etdik”

“Oyuna yaxşı başlasaq da, yekunda çox pis nəticə göstərdik”.

İdman.Biz bildirir ki, bunu “Naxçıvan” basketbol klubunun baş məşqçisi Nikola Bozinoski klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının 11-ci turunda “Ordu”ya məğlub olduqları qarşılaşma (64:86) ilə bağlı fikirlərini bölüşüb:

“Müəyyən dəqiqələrdə xal qazanmaqda çox çətinlik çəkdik. Çox pis üçlük faizi ilə çıxış etdik. Hər matçda rəqibin iki oyunçusunu dayandıra bilmirik. Rəqib hesabda önə keçdikdən sonra komandamız zəif mübarizə apardı. Sadə dillə desək, görüşü rəqibə “hədiyyə” etdik”.

İdman.Biz