“Sərhədçi”nın baş məşqçisi Anar Sarıyev komandasının Azərbaycan Basketbol Liqasının beşinci turunda “Sumqayıt”la oyununu şərh edib.
İdman.Biz bildirir ki, oyun 84-80 hesabı ilə “Sumqayıt”ın qələbəsi ilə yekunlaşıb.
“Çox pis oynadıq. Zəif görünürdük. Hakimlikdən danışmağı heç vaxt xoşlamıram, amma yorulmuşam. Məğlubiyyətin hakimlərin ucbatından olduğunu demirəm, amma onların işi dəhşət idi. Biri var pis, biri də var dəhşət”, - Sarıyev deyib.
Sarıyev hakimlərin keyfiyyətinin yetərli olmadığını qeyd edib: “Biz B Divizionunda oynayırıq, amma bu o demək deyil ki, oyunlarımıza uşaqlar və ya təcrübəsiz hakimlər təyin olunmalıdır. Komandamızda ən azı iki azərbaycanlı var və bu cür hakimlik basketbolumuza zərərlidir. “Naxçıvan”a qarşı son turda hakimlik dəhşətli idi, amma bu gün vəziyyət beş dəfə pis idi”.
Məşqçi təcrübəli hakimlərin cəlb edilməsinin vacibliyini vurğulayıb: “Bizə ən azı iki FIBA səviyyəli hakim lazımdır. Bu gün bir hakimimiz var idi, amma o belə bütün epizodlara çata bilmirdi”.
