Azərbaycan Basketbol Liqasının V turunun B qrupunda daha bir qarşılaşma baş tutub.
İdman.Biz xəbər verir ki, B qrupunun oyununda “Naxçıvan” “Quba” ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşma birincilərin 86:78 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Ordu” “Lənkəran”ı (91:76), “Sumqayıt” “Sərhədçi”ni (84:80), “Şəki” isə “Gəncə”ni (84:70) üstələyib.
10:08
Azərbaycan Basketbol Liqasında V turun növbəti matçları bu gün baş tutacaq.
İdman.Biz xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Əvvəlcə B qrupunda “Naxçıvan” “Quba” ilə üz-üzə gələcək. Görüş saat 14:00-da başlayacaq.
A qrupunda isə “Neftçi” NTD ilə qarşılaşacaq. Matçın start fiti saat 18:00-da səslənəcək.
Hər iki qarşılaşma Bakı İdman Sarayında təşkil olunacaq.
4 xalı olan “Neftçi” və NTD müvafiq olaraq 5-ci 6-cı yerlərdə qərarlaşıblar. “Naxçıvan” isə öz qrupunda 7 xalla ikinci, 4 xala malik “Quba” isə 6-cı yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Ordu” “Lənkəran”ı (91:76), “Sumqayıt” “Sərhədçi”ni (84:80), “Şəki” isə “Gəncə”ni (84:70) üstələyib.
