Bu gün Azərbaycan Basketbol Liqasında V turun daha iki oyunu keçiriləcək

Xəbərlər
31 Oktyabr 2025 09:45
48
Bu gün Azərbaycan Basketbol Liqasında V turun daha iki oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında V turun növbəti matçları baş tutacaq..

İdman.Biz xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.

A qrupunda yer alan “Gəncə” “Şəki”ni qəbul edəcək. Meydan sahibləri turnir cədvəlində 4 xalla beşinci, qonaqlar 5 xalla üçüncü pilədə qərarlaşıb.

B qrupunda mübarizə aparan “Sərhədçi” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. “Gənclik şəhəri” təmsilçisi turnir cədvəlində 4 xalla altıncı, Bakı klubu isə 5 xalla beşincidir.

Hər iki görüş saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq. Ötən gün “Ordu” səfərdə “Lənkəran”ı məğlub edib - 91:76.

İdman.Biz