Bu gun Azərbaycan Basketbol Liqasında V tur başlayır

Xəbərlər
30 Oktyabr 2025 09:09
45
Bu gun Azərbaycan Basketbol Liqasında V tur başlayır

Bu gün Azərbaycan Basketbol Liqasında V turunun B qrupundakı oyunlara start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

B qrupunda yer alan “Lənkəran” “Ordu”nu qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Meydan sahibləri 6 xalla üçüncü, qonaqlar 8 xalla birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.

İdman.Biz