Bu gün Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində daha bir oyun yekunlaşıb.
İdman.Biz xəbər verir ki, “Turan Tovuz” “Dinamo”ya qalib gəlib.
Tovuzlular “Dinamo”nun qapısından 4 cavabsız top keçiriblər.
16:34
Bu gün Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində daha bir oyun yekunlaşıb.
İdman.Biz xəbər verir ki, “Karvan-Yevlax” “Sheki City”yə qalib gəlib.
Görüşün əsas hissəsi 1:1 hesabı ilə başa çatsa da, azlıqda qalan Yevlax təmsilçisi əlavə vaxtda qələbə qazanıb - 3:1.
Qeyd edək ki, Misli Premyer Liqası təmsilçilərindən “İmişli”, “Kəpəz” və “Karvan-Yevlax” növbəti mərhələyə keçib. Mərhələ adlayan digər klublar “Şəfa” və “Baku Sportinq”dir. İlk oyun gününün son görüşü “Dinamo” və “Turan Tovuz” arasında baş tutacaq. Matçı saat 17:00-da “Azərsun Arena”da start götürəcək.
16:08
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandalar bəlli olub.
İdman.Biz xəbər verir ki, Misli Premyer Liqası təmsilçilərindən “İmişli” və “Kəpəz” növbəti mərhələyə keçib.
Mərhələ adlayan digər klublar “Şəfa” və “Baku Sportinq”dir.
“Karvan-Yevlax” - “Sheki City” qarşılaşması isə 1:1 hesabı ilə davam edir.
“Cəbrayıl” - “Şəfa” - 0:3
“Göygöl” - “Baku Sportinq” - 0:2
“Kəpəz” - “Ağstafa Gəncləri” - 6:1
“Qaradağ Lökbatan” - “İmişli” - 2:3
Qeyd edək ki, “Dinamo” – “Turan Tovuz” matçı saat 17:00-da “Azərsun Arena”da start götürəcək.
09:22
Bu gün Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinə start veriləcək.
İdman.Biz xəbər verir ki, mərhələnin ilk oyun günündə 6 qarşılaşma baş tutacaq.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr
14:00. “Göygöl” – “Baku Sportinq”
Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Buzovna qəsəbə stadionu
14:00. “Karvan-Yevlax” – “Sheki City”
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu
14:00. “Qaradağ Lökbatan” – “İmişli”
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu
14:00. “Cəbrayıl” – “Şəfa”
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
14:00. “Kəpəz” – “Ağstafa Gəncləri”
Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu
17:00. “Dinamo” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Azərsun Arena”
Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.
