FIBA Çempionlar Liqası: “Sabah” üçüncü dəfə məğlub olub - YENİLƏNİB + VİDEO

30 Oktyabr 2025 01:15
427
FIBA Çempionlar Liqası: “Sabah” üçüncü dəfə məğlub olub - YENİLƏNİB + VİDEO

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsinin B qrupunda bu gün növbəti matçına çıxıb.

İdman.Biz xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gəlib.

Qarşılaşma 84:71 hesabı ilə Fransa klubunun qələbəsi ilə yekunlaşıb.

11:05

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsinin B qrupunda bu gün növbəti matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələcək.

B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Bakı klubu ilk iki görüşdə Çexiya təmsilçisi “Nimburk”a (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına məğlub olub.

İdman.Biz