FIBA Avropa Kuboku: “Neftçi” “Abşeron Lions”a qalib gəldi

Xəbərlər
29 Oktyabr 2025 21:38
176
FIBA Avropa Kuboku: “Neftçi” “Abşeron Lions”a qalib gəldi

FIBA Avropa Kubokunun əsas mərhələsinin A qrupunda Azərbaycan komandaları üz-üzə gəliblər.

İdman.Biz xəbər verir ki, A qrupunda yer alan “Abşeron Lions” “Neftçi” ilə qarşılaşıb.

Qarşılaşma “Neftçi”nin qələbəsi ilə yekunlaşıb - 104:86. Beləliklə, komanda qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb

10:08

FIBA Avropa Kubokunun əsas mərhələsinin A qrupunda Azərbaycan komandaları üz-üzə gələcəklər.

İdman.Biz xəbər verir ki, A qrupunda yer alan “Abşeron Lions” bu gün “Neftçi” ilə qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, “Abşeron Lions” qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi “Trefl”ə (96:99) və Estoniyanın “Kalev” komandasına (85:93) məğlub olub. “Neftçi” isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.

İdman.Biz