“İlk vaxtlarda çox səhvlərə yol verirdik, sonradan bu yanlışlıqları aradan qaldırdıq”.
İdman.Biz-in məlumatına görə, bunu “Neftçi” basketbol klubunun baş məşqçisi Vitali Stepanovski mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis “Abşeron Lions”a qalib gəldikləri FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Bütün komandamızı və azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Müdafiədən çıxış edərək, oyunda tempi aşağı salmağa çalışırdıq. Axıra yaxın bizim üçün o qədər də uğurlu olmadı. Stefan Keniç zədədən yeni qayıtmışdı və matçı yaxşı səviyyədə keçirdi. İlk vaxtlarda çox səhvlərə yol verirdik, sonradan bu yanlışlıqları aradan qaldırdıq. Azərbaycan klublarının FIBA Avropa Kuboku turnirində təmsil olunması çox vacibdir. Bu da onu göstərir ki, Azərbaycan basketbolu düzgün yoldadır”.
Qeyd edək ki, “Abşeron Lions” – “Neftçi” matçı sonuncuların 104:86 hesablı qələbəsi ilə bitib.
