“Hyuston Rokets” hücumçusu və lideri Kevin Dürant əfsanəvi basketbolçu Maykl Cordanı bir rekordunu yeniləyib.
İdman.Biz bildirir ki, “NBA-da “Toronto Raptors” komandasına qarşı mövsüm oyununda Dürant 12 cərimə atışından 7-sini yerinə yetirib.
Bununla, Dürantın karyerası ərzində cərimə atışlarının sayı 7329-a çatıb.
Cordan karyerasında 7327 cərimə atışını həyata keçirib.
Karl Meloun 9787 cərimə atışı ilə NBA-nın bütün zamanların cərimə atışları üzrə lideridir.
Xatırladaq ki, “Toronto” və “Hyuston” arasındakı oyun “Rokets”in 139-121 hesablı qələbəsi ilə başa çatıb.
