FIBA referiləri Urfan Bayramlı və Anastasiya Slojenitsina “2027 FIBA Women’s EuroBasket” seçmə mərhələsinin oyunlarına təyinat alıblar.
İdman.Biz bildirir ki, Bayramlı 15 noyabrda Riqada keçiriləcək Latviya – Niderland oyununda ikinci hakim kimi fəaliyyət göstərəcək.
Slojenitsina isə 18 noyabrda Polşanın Sosnovets şəhərində baş tutacaq Polşa – Kipr oyununun ikinci hakimi olacaq.
 
         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    