NTD basketbol klubu Ladarius Marşalla yolları ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
ABŞ-dən olan basketbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xatırladaq ki, L.Marşal komandaya cari mövsümün əvvəlində qoşulmuşdu.
