ABL: V turun son oyununda “Sabah” “Abşeron Lions”a qalib gəlib - YENİLƏNİB

Xəbərlər
2 Noyabr 2025 21:14
58
ABL: V turun son oyununda “Sabah” “Abşeron Lions”a qalib gəlib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasının V turuna yekun vurulub.

İdman.Biz xəbər verir ki, son qarşılaşmada "Sabah" "Abşeron Lions"la üz-üzə gəlib.

Matç "Sabah"ın qələbəsi ilə bitib - 107:92.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Ordu" "Lənkəran"ı (91:76), "Sumqayıt" "Sərhədçi"ni (84:80), "Şəki" "Gəncə"ni (84:70), "Naxçıvan" "Quba"nı (86:78), "Neftçi" isə NTD-ni (99:71) məğlub edib.

10:37

Bu gün Azərbaycan Basketbol Liqasının 5-ci turuna yekun vurulacaq.

İdman.Biz-in məlumatına görə, turun son oyununda “Abşeron Lions” “Sabah”ı qəbul edəcək.

Görüş saat 18:00-da Bakı İdman Sarayında başlayacaq.

Tur çərçivəsində bundan əvvəl beş qarşılaşma baş tutub. “Lənkəran” “Ordu”ya 76:91 hesabı ilə məğlub olub, “Sumqayıt” “Sərhədçi” üzərində 84:80 hesablı qələbə qazanıb. “Gəncə” “Şəki”yə 70:84 hesabı ilə uduzub, “Naxçıvan” “Quba”nı 86:78 hesabı ilə məğlub edib. “NTD” isə “Neftçi”yə 71:99 hesabı ilə yenilib.

İdman.Biz