Basketbol Liqası: “Sabah” dördüncü qələbəsini qazandı - YENİLƏNİB

Xəbərlər
23 Oktyabr 2025 21:53
215
Basketbol Liqası: “Sabah” dördüncü qələbəsini qazandı - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasının IV turuna start verilib.

İdman.Biz xəbər verir ki, A qrupunda keçirilən günün yeganə matçında “Sabah” “Gəncə”ni qəbul edib.

Qarşılaşma “Sabah”ın qələbəsi ilə başa çatıb - 87:68.

Bu, “Sabah”ın dördüncü qələbəsidir.

09:28

Azərbaycan Basketbol Liqasının IV turuna bu gün start veriləcək.

İdman.Biz xəbər verir ki, A qrupunda keçirilən günün yeganə matçında “Sabah” “Gəncə”ni qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

“Sabah” A qrupunda altı xalla liderdir. Rəqiblərindən bir oyun az keçirən bölgə təmsilçisi 3 xalla dördüncüdür.

Qeyd edək ki, IV tura oktyabrın 26-da yekun vurulacaq.

İdman.Biz

Məqalədə: