“Naxçıvan”ın baş məşqçisi: “Layiqli mübarizə apardıq”

Xəbərlər
17 Oktyabr 2025 20:14
29
“Naxçıvan”ın baş məşqçisi: “Layiqli mübarizə apardıq”

“Naxçıvan” Azərbaycan Basketbol Liqasının III turunda “Lənkəran”la görüşdə layiqli mübarizə apararaq qələbə qazanıb”.

İdman.Biz xəbər verir ki, bunu baş məşqçi Nikola Bozinoski Naxçıvan təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

O, qarşılşama ərzində basketbolçuların enerjilərinin yüksək səviyyədə olduğunu söyləyib:

“İlk olaraq “Lənkəran” komandasını təbrik etmək istəyirəm. Onlar bu gün matç boyu çox yaxşı çıxış etdilər. Bizim komandaya gəldikdə isə xırda səhvlərlə yadda qalsaq da, ümumilikdə çox yaxşı mübarizə apardıq. Həmçinin qarşılaşma boyu enerjimiz yüksək səviyyədə idi. Layiqli mübarizə apararaq, sonda qələbə qazanan tərəf olduq”.

Qeyd edək ki, B qrupunda baş tutan “Lənkəran” – “Naxçıvan” matçı qonaqların 91:82 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz