“Hyuston Rokets”in hücumçusu Kevin Dürant Milli Basketbol Assosiasiyasının (NBA) keçmiş oyunçusu Çarlz Barkliyə cavab verib.
İdman.Biz bildirir ki, Barkli “Qolden Steyt Varriors” keçəndən bəri Dürantı dəfələrlə tənqid edib. Çarlzın sözlərinə görə, Kevin komandanın aparıcı oyunçusu kimi çempionluq qazanmayıb, sadəcə olaraq “avtobusun sürücüsü” olub.
“Avtobusu sürdüm, çəni doldurdum, yanacaq, təkər, ox, əyləc - hər şey oldum. O komandada hər rolu oynadım”, - Dürant bildirib.
O, öz növbəsində Barklini çempion ola bilməməsinə görə tənqid edib: “O, heç vaxt şəhərə, komandaya kömək etmək, çempionluq qazanmaq üçün eqosunu bir kənara qoymağın nə demək olduğunu anlamadı. Hər şey onun ətrafında fırlanmalı idi. Bütün həyatı, bütün karyerası boyu”.