“Victoria’s Secret” dəfiləsində ilk: Basketbolçu podiumuna çıxdı - VİDEO

Xəbərlər
16 Oktyabr 2025 17:52
36
“Victoria’s Secret” dəfiləsində ilk: Basketbolçu podiumuna çıxdı - VİDEO

23 yaşlı ABŞ-li basketbolçu Angel Riz “Victoria’s Secret” brendinin dəfiləsində iştirak edən ilk peşəkar idmançı olub.

İdman.biz xəbər verir ki, bu barədə Qadınlar Basketbol Assosiasiyasının (WNBA) “Chicago Sky” komandasının forvardı olan Riz sosial şəbəkə hesabında paylaşım edib.

“Xəyala doğru addım: “Angel”dən brend mələyinə çevrildim. Nəhayət, mənim də qanadlarım var. İlk dəfə “Victoria’s Secret 2025” podiumunda olacağam”, - deyə o paylaşımında qeyd edib.

Gənc basketbolçu 2024-cü ilin draftında yeddinci seçimlə WNBA-ya daxil olub.

İdman.Biz