Yunanıstanın “Panatinaikos” klubunun baş məşqçisi türkiyəli Ergin Ataman komandasının çempionatda “Olimpiakos”a uduzmasından sonra hakimlikdən narazılığını bildirib.
Qarşılaşma “Olimpiakos”un 90:86 hesablı qələbəsi ilə başa çatıb. Oyunun sonuna 35 saniyə qalmış Frank Ntilikina həlledici atışı edib.
“Birinci epizod Kostas Slukasın xeyrinə yox, ona qarşı təyin olunmuş cərimədir. İkincisi, Saşa Vezenkovun Ti Cey Şortsu itələməsi idi. Biz basketbol meydançasında yeni idman növünün - yunan-Roma güləşinin ixtirasının da şahidi olduq. Tarixdə ilk dəfə”, - Ataman sosial şəbəkədəki səhifəsində yazıb.