Azərbaycan Basketbol Liqası: “Sabah” NTD-ni darmadağın edib - YENİLƏNİB

Xəbərlər
11 Oktyabr 2025 21:40
201
Azərbaycan Basketbol Liqası: “Sabah” NTD-ni darmadağın edib - YENİLƏNİB

Bu gün Azərbaycan Basketbol Liqasının II turunda daha bir qarşılaşma keçirilib.

İdman.Biz bildirir ki, “Sabah” NTD komandası ilə qarşılaşıb.

Oyun son çempion “Sabah”ın böyük üstünlüyü ilə keçib - 133:65.

10:13

Bu gün Azərbaycan Basketbol Liqasının II turunda daha bir qarşılaşma keçiriləcək.

İdman.Biz xəbər verir ki, son çempion “Sabah” bu turda NTD komandası ilə qarşılaşacaq.

Oyun Milli Gimnastika Arenasında saat 19:00-da start götürəcək.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" isə "Gəncə"yə (96:94) qalib gəlib. Tura oktyabrın 12-də yekun vurulacaq.

İdman.Biz

Məqalədə: