“Gəncə”də amerikalı basketbolçu

Xəbərlər
8 Oktyabr 2025 16:06
33
“Gəncə”də amerikalı basketbolçu

Transfer çalışmalarını davam etdirən “Gəncə” daha bir legionerlə heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

ABŞ-dən olan Ceykob Uayli ilə cari mövsümün sonuna kimi müqavilə bağlanıb. 2 metr boya malik basketbolçu “Gəncə”də 2 nömrəli forma ilə oynayacaq.

Qeyd edək ki, Ceykob Uayli son mövsümü Rumıniyanın “Styaua” klubunda keçirib.

İdman.biz