“Sabah”ın baş məşqçisi: “Səhvləri aradan qaldırmalıyıq”

Xəbərlər
8 Oktyabr 2025 09:17
41
“Sabah”ın baş məşqçisi: “Səhvləri aradan qaldırmalıyıq”

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində “Nimburk”la oyundakı səhvləri aradan qaldırmalıdır".

İdman.biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis müntəzəm mövsümün I turunda uduzduqları qarşılaşma barədə fikirlərini bölüşüb: “İlk olaraq rəqibi təbrik edirəm. ‘Nimburk’ öz meydanında ev sahibi kimi oynadı. Bizə gəlincə, daha sürətli və daha güclü oynamalı idik. Çempionlar Liqasının müntəzəm mövsümündə debüt oyunumuz idi. Səhvlərimizi təhlil edib aradan qaldırmalıyıq. Öz üzərimizdə işləyib digər rəqiblərə qarşı daha yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, Çexiyada keçirilən qarşılaşma meydan sahiblərinin 93:65 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah” ikinci oyununu oktyabrın 15-də Bakıda Almaniyanın “Alba” komandasına qarşı keçirəcək.

İdman.biz

Məqalədə: