“Çətin və maraqlı oyun oldu”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında basketbolun 3x3 növü üzrə qızlardan ibarət Azərbaycan millisinin üzvü Leyla Abdullayeva III MDB Oyunlarının finalında Rusiyaya 13:19 hesabı ilə məğlub olaraq gümüş medal qazanmaları barədə danışarkən deyib.
O, dəstəyə görə hər kəsə təşəkkür edib: “Hesabda geri düşəndə motivasiyamız aşağı endi. Amma bilirəm ki, bunun davamı gələcək. Bu, hələ başlanğıc idi. MDB Oyunlarında iştirak bizə yaxşı təcrübə qazandırdı. 3x3 basketbol tam başqa səviyyədir. Biz bunun üzərində işləmişdik”.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.