“Gəncə” daha bir basketbolçu ilə anlaşıb

Xəbərlər
6 Oktyabr 2025 17:13
42
“Gəncə” daha bir basketbolçu ilə anlaşıb

“Gəncə” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Bu barədə İdman.biz-ə bölgə təmsilçisindən məlumat verilib.

Komandaya Nazar Quliyev cəlb olunub. 23 yaşlı basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, o, yeni komandasında 22 nömrəli formada çıxış edəcək, son klubu isə “Naxçıvan” olub.

İdman.biz