“Naxçıvan” daha iki ABŞ-dən olan basketbolçu ilə heyətini gücləndirib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dominik Keyes və George Harris Xristoper ilə 1 illik razılıq əldə olunub.
Qeyd edək ki, hər iki basketbolçu son olaraq Avstraliya klublarında oynayıb. Dominik Keyes “Bankstoun”un, George Harris Xristoper isə “Keilor Thunder”in forması geyinib.