NBA-da hazırda yalnız bir oyunçu “6” nömrəli formanı geyinir.
İdman.biz-in ESPN-ə istinadən verdiyi məlumata görə, NBA əfsanəvi basketbolçunun 2022-ci ildə ölümündən sonra “6” nömrəli formanın həmişəlik Bill Rasselin adında qalacağını açıqlayıb.
Lakin artıq bu nömrə altında çıxış edən oyunçular onu karyeralarının sonunadək saxlaya bilərlər.
Deandre Cordanın “Denver”dən ayrılması ilə “Oklahoma-Siti”nin oyunçusu Ceylin Uilyams liqada altı nömrəni geyinən yeganə aktiv oyunçu olaraq qalır. O, karyerasını başa vuranda bu nömrə bütün NBA-dan birdəfəlik çıxarılacaq.