Almaniyada keçirilən Universiadada badmintonçularımız qarışıq komandaların yarışında 17-24-cü yerlər uğrunda qarşılaşmada Macarıstan millisinə 3:2 hesabı ilə qalib gəlib.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, komandamızın heyətində Aqil Qabilov və Həcər Nuriyeva fərdi mübarizədə 3 set davam edən görüşlərini qələbə ilə başa vurublar.
Həcər Nuriyeva - Nigar Səmədova tandemi isə qızların qoşa yarışında hər iki setdə rəqiblərindən üstün olub.
Komandamız turnirdə son görüşünü Polşa yığmasına qarşı keçirib. Görüş polşalı badmintonçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Zəki Feyzullayev
İdman.biz