III MDB Oyunları: Badminton yarışlarına start verilib

Xəbərlər
1 Oktyabr 2025 00:10
40
III MDB Oyunları: Badminton yarışlarına start verilib

III MDB Oyunlarında badminton yarışları başlayıb.

İdman.biz-in Report-a istinadən məlumatına görə, A və B qruplarında 6 görüş baş tutub.

Qarışıq qoşa komanda yarışında Azərbaycan təmsilçiləri 1 qələbə qazanıb, 3 məğlubiyyətlə üzləşiblər.

A qrupunda Azərbaycan yığması Tacikistana qalib gəlib (5:0), Özbəkistana isə məğlub olub - 2:3. B qrupunda isə Azərbaycan təmsilçiləri Qazaxıstan və Rusiyaya məğlub olublar - 0:5.

Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq

İdman.biz