III MDB Oyunları: Badminton üzrə komandamız YARIMFİNALDA - FOTO

Xəbərlər
1 Oktyabr 2025 09:53
41
III MDB Oyunları: Badminton üzrə komandamız YARIMFİNALDA - FOTO

Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunlarında badminton üzrə komanda yarışlarına start verilib.

İdman.biz xəbər verir ki, birinci günün nəticələrinə əsasən, Ülvi Hüseynov, Leyla Camalzadə, Əli Gözəlov, Əmirxan İmanov, Nəzrin Mehrəlizadə və Yağmur Quliyevadan ibarət əsas komandamız "A" qrupunda ikinci yer tutaraq, yarımfinala adladı.

Qrupu ikinci sırada başa vuran əsas komandamız yarımfinalda "B" qrupunu lideri ilə qarşılaşacaq. Oyun saat 16:00-da başlayacaq.

İdman.biz