Airbadminton üzrə Avropa çempionatında komanda yarışına yekun vurulub.
İdman.biz bildirir ki, Avropa Oyunları Parkında keçirilən final qarşılaşmasında Azərbaycan və Almaniya milliləri qarşlaşıb. Rəqibinə 49:60 hesabı ilə məğlub olan yığmamız Avropa çempionatında ikinci olub.
Millimiz yarımfinalda Bolqarıstan seçmə kollektivinə 60:43 hesabı ilə qalib gələrək finala yüksəlmişdi.
Qrup mərhələsində isə Azərbaycan airbadmintonçuları Xorvatiya və Niderlanddan üstün olmuşdular.
İdman.biz