Azərbaycanın airbadminton komandası Avropa Oyunları Parkında keçirilən Avropa çempionatında uğurla çıxış edir.
İdman.biz-in məlumatına görə, B qrupunun açılış oyununda komandamız hər dörd kateqoriyada üstünlük nümayiş etdirərək Xorvatiya yığmasına 60:33 hesabı ilə inamla qalib gəlib.
İkinci oyunda Azərbaycan idmançıları Niderlandla qarşılaşıb. Qarşılaşma gərgin mübarizə şəraitində keçsə də, futbolçularımız xarakter nümayiş etdirərək, ardıcıl ikinci qələbəni qazanıblar. Bununla onlar turnirin pley-off mərhələsinə vəsiqə qazanıblar. 1/4 finalda Azərbaycan Yunanıstan komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, Fransa, Bolqarıstan və Gürcüstan A qrupunda, Almaniya, Türkiyə və Yunanıstan isə C qrupunda yer alır. Airbadminton üzrə Avropa çempionatı sentyabrın 7-də başa çatacaq.
İdman.biz