Azərbaycanın U-21 millisi Portuqaliyaya böyük hesabla məğlub olub

Xəbərlər
6 Sentyabr 2025 00:31
155
Azərbaycanın U-21 millisi Portuqaliyaya böyük hesabla məğlub olub

Futbol üzrə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2027-ci il Avropa çempionatının seçmə mərhələsində çıxışına başlayıb.

İdman.biz -in məlumatına görə, Ayxan Abbasovun komandası D qrupunda ilk oyununu səfərdə Portuqaliyaya qarşı keçirib.

Oyunun ilk hissəsi qolsuz bitib - 0:0.

Portuqaliyalılar ikinci hissənin əvvəlində görüşdə hesabı aça bilib. Mora 48-ci dəqiqədə fərqlənib. Daha sonra Kenda 52-ci dəqiqədə hesab arasındakı fərqi artırıb. Barrozu, Borxes və Semedo hesabı 5:0-a çatdırıblar. Oyun bu hesabla da başa çatıb.

AVRO 2027-nin seçmə mərhələsi
D qrupu

22:30. Portuqaliya - Azərbaycan - 5:0

Qollar: Mora, 48 (1:0), Kenda, 52 (2:0), Barrozu, 56 (3:0), Borxes, 74 (4:0), Semedo (90+3)

İdman.biz