“Turan Tovuz” klubu futbolçusu Abdulla Rzayevlə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Turan Tovuz” Peşəkar Futbol Klubu məlumat yayıb.
Onunla bağlanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İcarə əsasında bölgə təmsilçisində çıxış edən futbolçu müqavilə ilə məxsus olduğu "Sabah" klubuna qayıdıb.
