Misli Premyer Liqası klubu yeni stadion tikmək istəyir

Xəbərlər
27 Yanvar 2026 18:01
111
Misli Premyer Liqası klubu yeni stadion tikmək istəyir

Misli Premyer Liqasında çıxış edən “İmişli”nin İmişli rayonunda yerləşən Heydər Əliyev adına stadiona qayıtmaqda çətinlik çəkdiyi bəllidir.

Buna səbəb həmin stadionun sənədləşmə problemlərinin olmasıdır.

İmişli futbol klubunun prezidenti Kamran Eyyubov planlarında yeni stadion tikmək olduğunu bildirib.

“Bizim də ən böyük istəyimiz İmişlidə rəqibləri qəbul etməkdir, lakin hazırda bu real görünmür. Yeni stadion tikmək fikrindəyik, bunun üçün torpaq sahəsi alınmalıdır, stadion tikmək elədə asan iş deyil”, - deyə o, offsideplus.az-a açıqlamasında bildirib.

İdman.Biz