Airbadminton üzrə Azərbaycan milli komandası dünya çempionatına vəsiqə qazanıb.
İdman.biz xəbər verir ki, yığma buna sentyabrın 5-7-də Bakıda keçirilən Avropa çempionatında komanda yarışında ikinci yeri tutmaqla nail olub.
Dünya çempionatı dekabrın 11-14-də Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçiriləcək. Mundailda Avropadan Azərbaycandan başqa, son çempion Almaniya və Bakıda keçirilən qitə çempionatının üçüncüsü Bolqarıstan təmsil olunacaq.
İdman.biz