Əməkdar artist Cabir İmanov vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, o bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!