“Araz-Naxçıvan” qələbəni əldən verib, "Turan Tovuz"dan geri dönüş - VİDEO

Xəbərlər
2 Dekabr 2023 20:28
461
“Araz-Naxçıvan” qələbəni əldən verib, "Turan Tovuz"dan geri dönüş - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında XV tura start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə heç-heçələ qeydə alınıb.

Öncə “Araz-Naxçıvan” - “Səbail”i qəbul edib. Meydan sahibləri qələbəyə yaxın olsalar da, son dəqiqələrdə avtoqol nəticəsində vacib 2 xal itiriblər. "Araz-Naxçıvan"ın qalibiyyətsiz seriyası 4-ə, "Səbail"in isə 3-ə yüksəlib.

Günün digər matçında isə “Turan Tovuz” “Sumqayıt”la qarşılaşıb. Qonaq komanda fasiləyədək iki dəfə fərqlənib. Amma fasilədən sonra meydan sahibləri oyunda dönüş yarada biliblər. Otto Conun meydana daxil olması Tovuz klubunun çıxışına təsir edib. O, 54-cü dəqiqədə bərabərlik qolunun müəllifi olub.

Qeyd edək ki, dekabrın 3-də “Kəpəz” “Sabah”la, “Neftçi” “Zirə” ilə qarşılaşacaq. Tura dekabrın 4-də “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XV tur
2 dekabr
16:00. “Araz-Naxçıvan” - “Səbail” - 1:1
Qollar:
Kadiri Mohammed, 18 - Numan Kurdiç, 90+3 (öz qapısına)
Baş hakim: Rəvan Həmzəzadə
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç
Baş məşqçi: Azər Bağırov

“Səbail”: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
"Dalğa Arena"

18:30. “Turan Tovuz” - “Sumqayıt” - 2:2
Qollar:
Luis Paçu, 49. Otto Con, 54 - Elvin Bədəlov, 6. Roi Kehat, 35
Baş hakim: Elçin Məsiyev
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con, 11. Ayxan Quseynov, 79. Martin Petkov
Baş məşqçi: Ayxan Abbasov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Aliev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka
Məşqçi: Mübariz Orucov
Tovuz şəhər stadionu

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

14

9

2

3

33-13

29

2

Zirə

14

8

4

2

13-7

28

3

Səbail

15

6

5

4

23-22

23

4

Sumqayıt

15

6

5

4

15-15

23

5

Araz-Naxçıvan

15

6

4

5

17-16

22

6

Neftçi

14

5

4

5

15-13

19

7

Sabah

14

4

4

6

19-19

16

8

Turan Tovuz

15

4

4

7

22-23

16

9

Qəbələ

14

3

2

9

11-23

11

10

Kəpəz

14

2

4

8

7-24

10

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 10 qol, Aleksandr Ramalinqom ("Səbail") - 6 qol, Pedro Nuno ("Səbail") - 5 qol, Orxan Əliyev ("Araz-Naxçıvan") - 5 qol

İdman.biz