Tovuzda Azərbaycan Premyer Liqasının rekordu vurulub

Xəbərlər
21 Oktyabr 2023 14:58
95
Tovuzda Azərbaycan Premyer Liqasının rekordu vurulub

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

İdman.biz xəbər verir ki, bu, II dövrənin Tovuzda keçirilən açılış matçında gerçəkləşib.

X turun “Turan Tovuz”la “Qarabağ” arasında oyununu 6000 tamaşaçı izləyib. Bu, 2023/24 mövsümünün yeni rekordudur.

Əvvəlki ən yüksək göstərici IX turun “Neftçi” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Azərbaycan derbisində 5400 izləyici olub.

Qeyd edək ki, “Turan Tovuz” – “Qarabağ” görüşü 2:2 hesabı ilə başa çatıb.

İdman.biz