32-ci çempionatda 32 dəfə - TƏHLİL

Təhlil
5 Fevral 2024 13:05
344
32-ci çempionatda 32 dəfə - TƏHLİL

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün ikinci yarısının startı penaltilərin çoxluğu ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, 2024-cü ilin üç turunun baş tutan 14 görüşündə 9 dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub.

Bununla da 32-ci Azərbaycan çempionatındakı penalti sayı 32-yə çatıb. Bu zərbələrdən 29-u qolla nəticələnib.

“Qarabağ” hamıdan çox – 6 belə imkan qazanıb. “Səbail” isə eyni sayda cəzalanıb.

Penalti vuran komandalar: "Qarabağ" – 6 (1-i qeyri-dəqiq), "Səbail" – 5, "Sabah" – 5 (2), "Araz-Naxçıvan" - 4, "Sumqayıt", "Neftçi" - 3, "Kəpəz", "Zirə" – 2, "Qəbələ", "Turan Tovuz" – 1.
Penalti ilə cəzalanan komandalar: "Səbail" – 6 (1), "Qəbələ"– 5 (1), "Qarabağ" – 4 (1), "Araz-Naxçıvan", "Neftçi", "Turan Tovuz", "Kəpəz" - 3, "Sabah", "Sumqayıt" – 2, “Zirə” – 1.
Ən çox penalti vuran futbolçular: Toral Bayramov (“Qarabağ”)– 5 (1), Orxan Əliyev ("Araz-Naxçıvan"), Aleksandr Ramalinqom ("Səbail") – 3.

İdman.biz