"Qəbələ" evdə uduzub, "Qarabağ" fərqi 14-ə yüksəldib - VİDEO

Xəbərlər
23 Yanvar 2024 20:53
194
"Qəbələ" evdə uduzub, "Qarabağ" fərqi 14-ə yüksəldib - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

İdman.biz xəbər verir ki, turun son günündə iki oyun keçirilib.

Çempionatın autsayderi "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edib. Oyunun taleyini bir qol həll edib. Fasilədən sonra qonaq komanda penalti zərbəsini dəqiq yerinə yetirərək vacib qələbə qazanıb. Qazanılan 3 xal sayəsində Samir Abasovun yetirmələri "Zirə"yə çatıblar. Hər iki komandanın hesabında 30 xal var. "Qəbələ" isə 14 xalla sonuncu pillədə qərarlaşıb.

Tura liderin ev matçı ilə yekun vurulub. "Qarabağ" ikinci dövrədə uduzduğu "Araz-Naxçıvan"dan revanş alıb. Erkən qollar vuran Qurban Qurbanovun yetirmələri izləyicilərinin xal itirməsindən istifadə edib. Çempion xal fərqini 14-ə yüksəldib.

Qeyd edək ki, növbəti turun matçları yanvarın 26-28-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XIX tur
23 yanvar (çərşənbə axşamı)
16:30. "Qəbələ" – "Sumqayıt" - 0:1
Qol:
Kasimir Ninqa, 74 (p.)
Baş hakim: Kamal Umudlu
“Qəbələ”: 13. Kristof Atanqana, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 27. Eşqin Əhmədov, 3. Zurab Oçiqava, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov
Qəbələ şəhər stadionu

19:00. "Qarabağ" – "Araz-Naxçıvan" - 3:1
Qollar:
Numan Kurdiç, 6 (öz qapısına). Abdullah Zubir, 21; 61 - Kadiri Mohammed, 71
Baş hakim: Rauf Allahverdiyev
“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando
Baş məşqçi: Azər Bağırov
Tofiq Bəhramov adına Respublika Stadionu

1

Qarabağ

19

14

2

3

48-15

44

2

Zirə

19

8

6

5

13-10

30

3

Sumqayıt

19

8

6

5

20-23

30

4

Neftçi

19

8

5

6

21-17

29

5

Səbail

19

7

6

6

26-27

27

6

Araz-Naxçıvan

18

7

5

9

21-22

26

7

Sabah

19

6

5

8

25-22

23

8

Turan Tovuz

19

6

4

9

30-30

22

9

Kəpəz

19

4

5

10

13-30

17

10

Qəbələ

19

4

2

13

12-33

14

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 13 qol, Abdullah Zubir ("Qarabağ") - 8 qol, Aleksandr Ramalinqom ("Səbail") - 7 qol

İdman.biz