Zubir "Qarabağ"la 8 ildən sonra vidalaşdı: "Yeni mərhələyə başlamağın vaxtıdır" - FOTO

16 Avqust 2026 15:21
97
Zubir "Qarabağ"la 8 ildən sonra vidalaşdı: "Yeni mərhələyə başlamağın vaxtıdır"

"Qarabağ"dan ayrılan Abdullah Zubir sosial şəbəkə hesabında vida paylaşımı edib.

İdman.Biz xəbər verir ki, futbolçu Ağdam təmsilçisində keçirdiyi 8 ili dəyərləndirib və karyerasında yeni mərhələyə başlamağın vaxtının çatdığını bildirib.

"8 ildən sonra mənim üçün yeni mərhələyə başlamağın vaxtıdır. Bütün kluba, komanda yoldaşlarıma, məşqçi heyətinə və xüsusilə mənim üçün çox böyük əhəmiyyət daşıyan baş məşqçimə təşəkkür etmək istəyirəm. Mənə göstərdiyi etimada və öyrətdiyi hər şeyə görə ona minnətdaram", - Zubir yazıb.

Futbolçu azarkeşlərə və Azərbaycana da xüsusi təşəkkürünü bildirib:

"Ən əsası, mənə göstərdiyiniz inanılmaz sevgiyə görə bütün azarkeşlərə və bütün ölkəyə təşəkkür edirəm. Sizin dəstəyiniz, ehtirasınız və sevginiz..." - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən Ağdam təmsilçisinin formasını geyinirdi.

İdman.Biz